...

Gürcüstan prezidenti mayın 3-də Litvaya səfər edəcək

Dünya xəbərləri Materials 1 May 2006 19:01 (UTC +04:00)

Gürcüstan prezidenti mayın 3-də Vilnüsə səfər edəcək. O, burada mayın 3-5-də dövlət başçılarının Vilnüsdə keçiriləcək konfransında iştirak edəcək. Bu barədə Qafqaz- -Presə Gürcüstanın dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

1997-ci ildən keçirilən konfransda Avropa üçün mühüm və problemli məsələlər nəzərdən keçiriləcək. Konfrans Litva prezidenti Valdas Adamkusun və Polşa prezidenti Lex Kaçinskinin hamiliyi ilə keçiriləcək. Konfransda demokratik zonanın gələcəkdə genişləndirilməsi və azad Avropa konsepsiyasına yeni demokratik dövlətlərin daxil olması məsələlərinə baxılacaq. Şərqi Avropa və Cənubi Qafqaz dövlətlərinin AB və NATO ilə yaxınlaşması fonunda prezidentlər yeni və köhnə demokratiyada əməkdaşlıq və tərəfdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

Mayın 3-də konfransı Litva prezidenti açacaq və bu zaman demokratiyanın inkişafında dövlətlərin və xalqların həmrəyliyi barədə nitq söyləyəcək.

Gürcüstan prezidentinin də çıxışı gözlənilir. O, Şərqi Avropada demokratiyanın möhkəmlənməsinin problemlərindən və perspektivlərindən danışacaq. Prezident eləcə də, Rusiya ilə münasibətlərdə yaranan çətinliklərə də xüsusi diqqət ayıracaq. Konfransda Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Estoniya prezidenti Arnold Rütel, Bolqarıstanın dövlət başçısı Georgi Pırvanov, Latviyanın prezidenti Vayra Vike-Friberqa, Moldova prezidenti Vladimir Voronin, Rumıniya prezidenti Trayan Basesku, eləcə də ABŞ-ın vitse-prezidenti Riçard Çeyni və Avropa Birliyinin ali komissarı Havyer Solana çıxış edəcəklər.

Dövlət başçıları sammitin bəyanatını qəbul edəcəklər. Konfrans çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Bu barədə Qafqaz-press məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti