...

Jan Lemyer: AYİB MDB ölkələrinə investisiyaları artıracaq

Dünya xəbərləri Materials 11 May 2006 13:27 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaxın 5 il ərzində ÜDM-in artım sürətinin yüksəldilməsi, məşğulluğun artması və və bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi üçün Rusiyaya, Qafqaz ölkələrinə, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ölkələrinə kapital qoyuluşlarını artırmaq niyyətindədir.

Trend in verdiyi məlumata görə, bu barədə çərşənbə günü AYİB-in Direktorlar Şurasının bankın yeni beşillik strategiyasına həsr olunmuş iclasının başa çatması ilə bağlı keçirilən mətbuat konfransında bankın prezidenti Jan Lemyer bildirib. Onun sözlərinə görə, Rusiyada infrastrukturun inkişafına, o cümlədən, yolların, dəmir yollarının, aeroportların inkişafına qoyulan investisiyalar prioritet olacaq.

"Əks halda onlarda artımla bağlı maneələr olacaq", - deyə o bildirib. Bankın fikrincə, son illər iqtisadiyyatı neftin və xammalın yüksək qiymətləri hesabına inkişaf edən Rusiya hərtərəfli inkişaf etməlidir və rəqabət qabiliyyətini möhkəmləndirməlidir. Lemyer həmçinin, bildirib ki, 2010-cu ildə AYİB 2004-cü ildə Avropa Birliyinə qoşulan Mərkəzi Avropanın 8 ölkəsinə investisiyaların qoyuluşunu dayandırıb. Onun sözlərinə görə, bankın Polşada, Macarıstanda, Çexiyada, Slovakiyada, Sloveniyada, Estoniyada, Latviyada və Litvada investisiyalardan imtina etməsi bu ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşmasından və bazar iqtisadiyyatına keçid yollarında əldə etdikləri irəliləyişlərdən xəbər verir. "Bu, həmin ölkələrin uğurlarından danışır", - deyə Lemyer bildirib.

ABŞ prezidentinin administrasiyası AYİB-in addımını alqışlayıb və onu "tarixi" adlandırıb. Bu barədə Reuters məlumat verib.

Xəbər lenti

Xəbər lenti