...

Sergey İvanov: Rusiya üçün ciddi təhlükələr var

Dünya xəbərləri Materials 12 May 2006 17:22 (UTC +04:00)

Rusiya üçün təhlükələr var və bunlar "soyuq müharibə" illərindəkindən daha ciddidir. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 12-də Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov Vladimir Putinin Federal Məclisə məktubunu şərh edərkən bəyan edib. O, kütləvi qırğın silahlarının yayılması təhlükəsini önə çəkib. "Terrorçular kütləvi qırğın silahlarına yol tapmaq üçün hər şey edir", - deyə S.İvanov bildirib.

Rusiya üçün yeni təhlükələr haqqında V.Putinin mayın 10-da Federal Məclisə məktubunda da söz açılır: "Biz milli təhlükəsizlik sahəsində təhlükələrə əsaslı cavab verməliyik. Dünyanın fəal surətdə yenidən qurulması fonunda ölkəmizin də qarşılaşdığı çoxlu sayda yeni problemlər yaranıb. Bu təhlükələri qabaqcadan müəyyən etmək qeyri-mümkündür və bunların təhlükəlilik səviyyəsi axıradək dərk olunmayıb. Bütövlükdə, dünyada münaqişə məkanının genişləndirilməsi tendensiyası göz qabağındadır. Bunun bizim mühüm maraqlarımız zonasına yayılması isə çox təhlükəlidir". Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti