...

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər kolmissiyasının sədri vəzifəsinə iki namizəd təklif olunub

Dünya xəbərləri Materials 2 İyun 2006 15:54 (UTC +04:00)

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər kolmissiyasının sədri vəzifəsinə iki namizəd - Aramais Qriqoryan və komissiyanın keçmiş başçısı Mqer Şaxqeldyan təklif olunub.

Trend in verdiyi xəbərə görə, Ermənistan Respublikasının Milli Yığıncağının bu günkü növbədənkənar iclasında A.Qriqoryanın namizədliyi Daşnaksütun fraksiyası, M.Şaxqeldyanın namizədliyi isə sərbəst deputat Amayak Ovannisyan tərəfindən təklif edilib.

"Ədalət" müxalifət fraksiyası komissiyanın sədrinin seçilməsi üzrə seçkidə iştirak etməkdən imtina edib.

Müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın keçmiş rəhbəri, "Orinats Yerkir"in üzvü Mqer Şaxqeldyan erməni parlamentinin keçmiş spikeri Artur Baqdasaryan ilə birlikdə 29 mayda öhdəlikləri rəsmi olaraq öz üzərindən götürmüşdü.

Xəbər lenti

Xəbər lenti