İyunun 5-də Rusiyanın deputatlar qrupu Gürcüstan parlamentinin nümayəndələri ilə məsləhətləşmək üçün üç günlük səfərlə Tbilisiyə gəlir. Gürcüsan parlamentindən verilən xəbərə görə, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Əhməd Bilalov və beynəlxalq işlər üzrə komitənin üzvü Andrey Jukov Gürcüstan parlamentinin spikeri Nino Burcanadze, vitse-spiker Mixail Maçavariani, müdafiə və təhlükəsizlik və beynəlxalq işlər üzrə komitələrin başçıları Qivi Tarqamadze və Konstantin Qabaşvili ilə görüşəcəklər.
Trend in QAFQAZ- PRESS-ə əsasən verdiyi xəbərə görə, Rusiya parlamentariləri həmçinin Gürcüstanın münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri Georgi Xaindrava və xarici işlər nazirinin müavini Georgi Mancqaladze ilə görüşəcəklər.
7 iyunda Dövlət Dumasının deputatları Gürcüstanın şərab bölgəsi Kaxetiyaya baş çəkəcək, 8 iyunda səhəri isə Moskvaya yola düşəcəklər.