...

Mahmud Əhmədineyad: İran bütün ölkələrin maraqlarının təmin olunması üçün dialoq və qarşılıqlı fəaliyyəti salamlayır

Dünya xəbərləri Materials 5 İyun 2006 15:52 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, Tehran nüvə problematikası üzrə ədalətli dialoqun tərəfdarıdır və hüquqlarına qəsd etməyə yol verməz.

Trend agentliyinin "İRNA"ya istinadən yaydığı məlumata əsasən, İran İslam Respublikasının banisi İmam Xomeyninin ölmünün 17 illiyinə həsr olunmuş mərasimdə çıxış edən M.Əhmədinejad etiraf edib ki, Tehran sülh məqsədi daşıyan nüvə texnologiyasına olan qanuni hüququnu müzakirə etmək fikrində deyil.

"Biz sülh məqsədləri üçün nüvə yanacağının yaradılmasını öz hüquqlarımızın ayrılmaz hissəsi hesab edirik və heç kimlə bu hüquqlarımız barədə danışıqlar aparmaq niyyətində deyilik" - deyə İran hökumətinin rəhbəri bildirib.

M.Əhmədinejad qeyd edib ki, İran bütün ölkələrin maraqlarının təmin olunması üçün dialoq və qarşılıqlı fəaliyyəti salamlayır. O, tərəfləri mübahisəli məsələləri şərtsiz olaraq danışıqlar vasitəsilə həll etməyə çağırıb. Eyni zamanda o vurğulayıb ki, İran xalqı heç vaxt onun qanuni hüquqlarını tanımayan tərəflərlə danışıqlara getməyəcək.

"İran xalqı digər ölkələrə sülh arzulayır" - deyə prezident əlavə edib.

M,Əhmədinejad deyib ki, İran BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün və Almanyianın nüvə problemi ilə bağlı təkliflərini diqqətlə nəzərdən keçirəcək. Bu barədə onu BMT-nin baş naziri Kofi Annan da telefon söhbətində xahiş edib.

Xatırladaq ki, "altılar" bu təklifləri Venada razılaşdırılıb və yaxın vaxtlarda AB-nın xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solano bunları Tehrana təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti