...

Xavyer Solana bu gün axşam Tehrana gəlir

Dünya xəbərləri Materials 5 İyun 2006 17:44 (UTC +04:00)

Avropa birliyinin liderlərindən Xavyer Solana bu gün axşam İranı nüvə proqramını dondurmağa razı salmaq üçün nəzərdə tutulmuş təkliflər paketi ilə Tehrana gəlir. Trend in verdiyi xəbərə görə, paket iyunun 1-də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün və Almaniyanın Vyanada keçirilmiş görüşündə razılaşdırılıb. Rusiya XİN-in başçısı Sergey Lavrov Tehranı təkliflərə konstruktiv cavab verməyə dəvət edib. Paketdə həm güzəştlər, həm də cəza tədbirləri var. Lakin dəqiq detallar məlum deyil. BMT-nin Baş katibliyinin onları sirr saxlamağı xahiş etməsinə baxmayaraq, İran söz verib ki, onlar "öyrəniləcək və açıqlanacaq". Təşəbbüslərdən biri bazar ertəsi ABŞ-da açıqlanıb. Onlar Tehrana qarşı çoxillik ticarət sanksiyalarını ləğv etməyə hazırdırlar. Bununla yanaşı iranlılar bildiriblər ki, onlar uranın energetika məqsədi ilə zənginləşdirilməsi hüquqlarını müzakirə etməyəcəklər, bir gün əvvəl isə hərbi əməliyyatların başlayacağı təqdirdə Fars körfəzindəki əsas neft marşrutlarını mühasirəyə alacaqları ilə hədələyiblər.

Xəbər lenti

Xəbər lenti