...

M.Saakaşvili: MDB-dən çıxış üzrə Gürcüstanın hazır cavabı yoxdur

Dünya xəbərləri Materials 19 İyun 2006 16:23 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin Müstəqil Dövlətlər Birliyinin (MDB) tərkibindən çıxıb-çıxmayacağı barədə suala birmənalı cavab verə bilmir. "Bizdə MDB-dən çıxış üzrə hazır cavab yoxdur", - deyə Gürcüstan prezidenti "İmedi" telekanalına verdiyi müsahibəsində bildirib.

Trend in xəbər verdiyi kimi, M.Saakaşvilinin sözlərinə görə, hazırda Tbilisi Gürcüstanın MDB-dən çıxmasından asılı olmayaraq, Birliyin üzv dövlətləri ilə fəaliyyətin müxtəlif sahələrində davamlı hüquqi baza yaradılması haqqında ikitərəfli məsləhətləşmələr aparır. O bildirib ki, nəticədən asılı olmayaraq, MBD ölkələri ilə münasibətlər ziyan görməməlidir. "Biz bu məsələdə çox praktik olmalı və ən yaxşı münasibətləri qorumalıyıq", - deyə M.Saakaşvili qeyd edib.

Gürcüstanın NATO-ya daxil olmasına gəlincə isə, prezident qeyd edib: "Gürcüstan yalnız bizim özümüzə deyil, həm də bütün dünyaya lazımdır, ona görə NATO bizim üçün bərpa olunmaz prosesdir". M.Saakaşvilinin hesablamalarına görə, ölkə iki ildən sonra real şəkildə alyansa üzv ola bilər. Gürcüstan prezidenti etiraf edib ki, iki-üç ölkə var ki, onlar bu mərhələdə Gürcüstanı Şimali Atlantika alyansında görməyə hazır deyil. "Elə ölkələr var ki, onlar bizi dərhal qəbul etmək istəyirlər və onlar çoxluq təşkil edir", - deyə prezident qeyd edib. Onun fikrincə, bir neçə ildən sonra vəziyyət, avtomatik olaraq, Gürcüstanın xeyrinə dəyişəcək.

Bununla yanaşı, M.Saakaşvili bildirib ki, Gürcüstanın əsas məqsədi ölkənin ərazi bütövlüyü problemidir. "Əgər Rusiya bizimlə birlikdə bu problemi həll etsə, sizi inandırıram ki, qalan ölkələr o qədər də vacib deyil", - deyə prezident vurğulayıb. "Əgər Gürcüstanın ərazi bütövlüyü Rusiyanın köməyi ilə bərpa olunsa, biz, əlbəttə ki, istənilən halda Avropa -Atlantik məkanının bir hissəsi olacağıq, lakin bunun konkret olaraq hansı forma alması konkret reallığın necə olmasından asılı olacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti