...

Gürcüstan Transxəzər neft boru kəməri layihəsini dəstəkləyir

Dünya xəbərləri Materials 20 İyun 2006 16:17 (UTC +04:00)

Avrasiyada enerji təhlükəsizliyinə həsr olunmuş Tbilisi beynəlxalq konfransında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili iştirakçıları yeni tranzit marşrutlarının inkiaşfı etdirilməsinə çağırıb.

Trend agentliyinin "KAVKAZ-PRESS"a istinadən yaydığı məlumata əsasən, M.Saakaşvili Transxəzər neft boru kəməri və Qara dənizin dibilə boru kəmərinin əhəmiyyətini vurğulayıb. Bu kəmərlər vasitəsilə enerji daşıyıcıları Mərkəzi Asiyadan Qafqaz və Ukrayna vasitəsilə qərb bazarlarına nəql olunacaq.

İyunun 20-21-də Tbilisidə keçirilən "Avrasiyanın enerji təhlükəsizliyi - bazarlara çıxış və investisiya siyasəti" konfransında Azərbaycan, Ukrayna, Moldova, Türkiyə və ABŞ rəsmiləri, eləcə də British Petroleum, Shell və digər şirkətlərin nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti