İndoneziyada tarixdə ilk dəfə olaraq "quş qripi"nin insandan insana yoluxması ilə bağlı 6 hal qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Sumatra adasında bir ailənin yeddi üzvünün ölümünü diqqətlə araşdırdıqdan sonra bu qərara gəliblər. Onlardan biri xəstə quşlardan yoluxub, bundan sonra virus qohumlara keçib. Onlardan sonuncusu - 12 yaşlı oğlan 19 may 2006-cı ildə vəfat edib. ÜST-nin son məruzəsi bu gün Cakartada keçirilən "quş qripi" problemi üzrə qapalı konfransda açıqlanııb.
"Çox ehtimal ki, İndoneziyada altı yoluxma halında virus xəstəliyin gecikmiş mərhələsindəki xəstə ilə uzunmüddətli əlaqə nəticəsində insandan insana keçib", - deyə (C) Associated Press ÜST məruzəsindən sitat gətirib.
Trend in verdiyi xəbərə görə, bununla belə, həkimlər virusun insandan insana keçmə halını tam inamla təsdiqləməkdən hələ ehtiyat edirlər, çünki digər belə hallar hələ qeydə alınmayıb. Bundan başqa, ölənlərin qanındakı virusu tədqiq etdikdən sonra yalnız cüzi mutasiyalar aşkar olunub.
Konfransda həmçinin ayıdn olub ki, İndoneziya hökümət orqanları quşlar arasında xəstəliyin yayılma miqyaslarını son dərəcə aşağı salırlar. Rəsmi məlumatlar real halların yalnız üçdə bir hissəsini açıqlayır. Xatırladaq ki, dünyada təhlükəli virus qurbanlarının böyük hissəsi məhz İndoneziyanın payına düşür. Ölkə həmçinin ölüm miqdarının ən pis statistikasına malikdir, yoluxanların yarıdan çoxu vəfat edib. ÜST məlumatlarına görə, 2003-cü ildə xəstəliyin ilk qeydiyyatı anından "quş qripi" dünyada 128 nəfərin həyatına son qoyub.