...

Rusiya hökuməti ölkə HDD-nin "Qara dəniz harmoniyası" əməliyyatına qoşulması ilə bağlı Türkiyə ilə danışıqlar aparmaq tapşırığı verib

Dünya xəbərləri Materials 23 İyun 2006 15:50 (UTC +04:00)

Rusiya hökuməti ölkənin Hərbi-Dəniz Donanmasının terrorçuluq və kütləvi qırğın silahlarının yayılması təhlükəsinin qarşısının alınması üzrə "Qara dəniz harmoniyası" adlı əməliyyata qoşulmasına dair sazişin bağlanması haqqında RF Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arasında danışıqların aparılması barədə Müdafiə Nazirlyinin XİN və icra hakimiyyətinin bu işdə maraqlı olan digər federal orqanları ilə razılaşdırılmış təklifinin qəbul edilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, bu əməliyyat Türkiyənin Hərbi-Dəniz Qüvvələri tərəfindən Qara dənizdə aparılır. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq sərəncamı baş nazir Mixail Fradkov imzalayıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti