...

Vaşinqtonda fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 28 İyun 2006 17:23 (UTC +04:00)

Vaşinqtonda son 200 il ərzində ən güclü leysan yağışlarından sonra mümkün sel ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. "Associated Press" xəbər verir ki, müvafiq bəyanatla Kolumbiya dairəsinin meri Entoni Uilyams çıxış edib.

Fövqəladə hal rejimində hakimiyyət Milli Qvardiyanı çağıra, eləcə də federal hökumətdən zərərçəkmiş şəxslərə yardım etməyi xahiş edə bilər. Hələlik hakimiyyət bu rejimin nə qədər davam edəcəyini demir.

Trend "RBK"ya istinadən xəbər verir ki, son məlumatlara görə, leysan yağışları nəticəsində Amerika paytaxtının şəhərətrafı qəsəbəsi Aleksandriya su altında qalıb. Şəhərə gedən bəzi ara yollar kəsilib. Vaşiqton metrosu fasilələrlə işləyir.

Bəzi dövlət qurumları da işini dayandırıb. Milli Arxiv bağlanıb. Ticarət və Nəqliyyat nazirlikləri əlçatmazdır.

Güclü külək əsdiyindən Ağ Evin qarşısındakı çəmənlik də ziyan çəkib. Belə ki, bir əsrlik ağac həmin çəmənliyə düşüb. Bununla belə bildirilir ki, ABŞ administrasiyası adi qaydada işləyir.

Paytaxta yaxın Virciniya və Merilend ştatlarında da vəziyyət mürəkkəbdir. Onlarla ev işıqsız qalıb, əhali isə üzgüçülük vasitələri ilə hərəkət edir.

Lakin hələlik vəziyyət nəzarət altındadır.

Xəbər lenti

Xəbər lenti