...

Qazaxıstan və AB respublikanın qanunverici bazasının təkmilləşdirilməsi ilə bağlı layihənin 2-ci mərhələsinə başlayıb

Dünya xəbərləri Materials 3 İyul 2006 16:41 (UTC +04:00)

Qazaxıstan "AB ilə Qazaxıstan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin gerçəkləşdirilməsinin dəstəklənməsi" layihəsinin 2-ci mərhələsinə başlayıb.

"Layihənin əsas məqsədi - Qazaxıstana hökumətin strategiyasının gerçəkləşdirilməsində, iqtisadiyyat və investisiya mühitinin inkişafında köməklik göstərmək və Qazaxıstanın qanunverici bazasını AB standartalırana uyğunlaşdırmaqdır" - deyə Avropa Komissiyasının Qazaxıstan, Qırğızıstan və Tacikistandakı nümayəndə heyətinin rəhbəri, səfir Adrian van der Meyer bildirib.

Trend agentliyinin "Kazakhstan Today"a istinadən yaydığı məlumata əsasən, o deyib ki, layihənin gerçəkləşdirilməsi Qazaxıstana dünyanın ən rəqabət qabiliyyətli 50 ölkəsinin sırasına daxil olmağa kömək edəcək.

Həmin layihə Avropa Birliyi və Qazaxıstan parlamenti ilə birgə həyata keçirilir. Layihənin 2-ci mərhələsi 18 ay davam edəcək. Onun gerçəkləşdirilməsi üçün AB 1,2 mln. avro həcmində qrant ayırıb.

Xəbər lenti

Xəbər lenti