...

İyunda Türkiyədə ixrac rekord səviyyəyə çatıb

Dünya xəbərləri Materials 4 İyul 2006 12:27 (UTC +04:00)

Türk İxracatçılar Cəmiyyətinin (TİM) məlumatına görə, iyunda ölkədə ixrac rekord səviyyəyə - 7 mlrd 685 mln dollara çatıb.

Trend in Ankaradakı xüsusi muxbirinin verdiyi xəbərə görə, bu ilin ilk 6 ayı ərzində ölkədə ixracın həcmi 13% artaraq 39,9 mlrd dollara çatıb.

Türkiyə Statistika İdarəsinin (TÜIK) məlumatına görə, 2005-ci ilin may ayından indiyədək Türkiyə 75, 8 mlrd dollar məbləğində mal ixrac edib. Bu dövr ərzində idxalın həcmi 124, 9 mlrd dollar təşkil edib.

Türkiyənin xarici ticarət dövriyyəsi 200,7 mlrd dollara çatıb.

Türkiyədə milli iqtisadiyyatın hərəkətverici qüvvəsi 11,6% artımın müşahidə olunduğu avtomobilqayrma sahəsi hesab olunur. Avtomobillərin, xüsusilə minik maşınlarının ixracı isə 7 mlrd 404 mln dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti