...

MAQATE rəhbəri Türkiyədə İrannın nüvə problemini müzakirə edəcək

Dünya xəbərləri Materials 6 İyul 2006 15:58 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Məhəmməd əl-Bəradeyi iyulun 6-da üç günlük səfərlə Ankaraya gedir.

Trend in "REGNUM" agentliyinə istinadən xəbər verdiyi kimi, MAQATE başçısının Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüşünün əsas mövzularından biri İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizama salınması ilə bağlı olacaq. REGNUM-un xəbər verdiyi kimi, Ankara vasitəçi kimi bu böhranla əlaqədar regionda yaranmış gərginliyin azaldılması tendensiyasına kömək etmək niyyətindədir. Qeyd edək ki, MAQATE başçısının Ankaraya səfəri ərəfəsində A.Gül Vaşinqtonda ABŞ-ın dövlət katibi Kondoliza Raysla İran problemini müzakirə edib. Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara bu problemin siyasi-diplomatik həllinin tərəfdarıdır və İran ətrafında vəziyyətin sülh yolu ilə nizamlanması üzrə bütün mexanizmlərdən istifadəni mühüm hesab edir.

Qeyd edək ki, danışıqlardan sonra iyulun 8-də Türkiyə XİN başçısı Tehrana gedəcək.

Xəbər lenti

Xəbər lenti