...

NATO Ukraynaya göstərilən yardımın həcminin artırılması məsələsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 12 İyul 2006 18:53 (UTC +04:00)

NATO ehtiyata buraxılan hərbiçilərin təkrar hazırlanmasında Ukraynaya göstərilən yardımın həcminin artırılması məsələsini nəzərdən keçirir.

Müdafiə Nazirliyidən verilən məlumata əsasən, bu barədə "Ukrayna-NATO" iqtisadi komitəsinin iyulun 11-də Brüsseldə keçirilən iclasında bildirilib.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinində aparılan islahatlarla bağlı ehtiyata buraxılan hərbiçilərin təkrar hazırlanmasında yardım ixtisaslaşdırılmış kurslar şəbəkəsi və Sosioloji Adaptasiya Mərkəzi vasitəsilə göstərilir. Belə bir fəaliyyət ildə təxminən 400 zabitin təkrar hazırlanmasına imkan verir. Bununla yanaşı, əlavə hazırlıqdan sonra zabitlərin işlə təmin olunması məsələsi önə çəkilir.

İclas iştirakçıları Alyansın cari ilin payızanda qəbul edəcək qərarları üçün əsas olacağına əminlik ifadə edib.

Xəbər lenti

Xəbər lenti