...

Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri təsdiq edib ki, Gürcüstanın tibbi təhsil sistemi ciddi dəyişikliklərə ehtiyac duyur

Dünya xəbərləri Materials 13 İyul 2006 18:12 (UTC +04:00)

Tibbi təhsil sistemi ciddi dəyişikliklərə ehtiyac duyur. Bunu Gürcüstanda keçirilən həkim attestasiyasının yekunları sübut edir. Bu barədə Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Vladimir Çipaşvili bu gün junralistlərə verdiyi müsahibəsində bildirib.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, o vurğulayıb ki, 280 həkimdən yalnız 60-ı attestasiyadan keçib, bu isə ümmi sayın 25%-i deməkdir. "Bu o deməkdir ki, onlar təkrar attestasiyadan keçməlidirlər, lakin növbəti attestasiya payızda olacaq", - deyə Vladimir Çipaşvili bildirib.

O qeyd edib ki, bu nəticə attestasiyanın çox obyektiv və prinsipial keçdiyindən xəbər verir. "Lakin, digər tərəfdən, bu, tibbi təhsil sistemimizin ciddi dəyişiklərə ehtiyac duyması barədə mühüm siqnaldır", - deyə nazir vurğulayıb.

Attestasiyanın avqustun 2-nə qədər davam edəcək ilkin mərhələsindən 71 ixtisas üzrə 2300 həkim keçməlidir. Səhiyyə Nazirliyində bildiriblər ki, attestasiyadan keçə bilməyən həkimlərin sertifikatları dayandırılacaq. Alınmış sertifikatlar beş il ərzində etibarlıdır, bu müddətdən sonra həkimlər yenə də ixtisas imtahanı verməlidirlər.

6 il ərzində öz işi ilə məşğul olmayan həkimlər öz təcrübələrini bərpa etmək üçün müvafiq reabilitasiya kursu keçmədən attestasiyada iştirak edə bilməzlər.

Xəbər lenti

Xəbər lenti