...

Yuliya Timoşenko Blokunun deputatları fraksiyadan çıxıb

Dünya xəbərləri Materials 24 İyul 2006 15:33 (UTC +04:00)

Yuliya Timoşenko Blokunun deputatları parlament fraksiyasını tərk etdikləri barədə sənəd imzalayıb. Bununla onlar prezident Viktor Yuşenkonun Ali Radanı buraxmasına əsas vermək istəyir.

Trend "Vzqlyad"a istinadən xəbər verir ki, sənəd 125 deputat tərəfindən imzalanıb. Bundan əvvəl isə Y.Timoşenko Blokunun deputatları səlahiyyətlərindən imtina etməyi planlışdırırdı, lakin mütəxəssislər elə qənaətə gəldi ki, deputatların fraksiyadan çıxması prezidentə parlamenti buraxmağa əsas verə bilər. Əks halda Ali Rada hər deputata görə səsvermə keçirməlidir.

Y.Timoşenko Blokunun deputatları prezidentpərəst "Bizim Ukrayna" blokuna da məsələ ilə bağlı müraciət edib, çünki Radanın buraxılması üçün daha bir neçə deputatın fraksiyadan çıxması tələb olunur. Beləliklə, 450 deputatdan ən azı 151-i fraksiyanı tərk etməlidir. Bu barədə "İTAR-TASS" xəbər verir.

Xəbər lenti

Xəbər lenti