...

ABŞ-ın kənd təsərrüfatı naziri Qazaxıstana gəlib

Dünya xəbərləri Materials 24 İyul 2006 17:30 (UTC +04:00)

ABŞ-ın kənd təsərrüfatı naziri Mayk Yohanns Qazaxıstanda səfərdədir. Bu barədə Kazinform xəbər verir. Bu barədə iyulun 24-də Astanada keçirilmiş həftəlik brifinqdə QR XİN-in rəsmi nümayəndəsi Yerjan Aşikbayev məlumat verib.

Trend in xəbər verdiyi kimi, ABŞ nümayəndə heyətinin tərkibinə ölkənin aqrosənaye şirkətlərinin nümayəndələri də daxildir. Nazirin Qazaxıstana səfəri çərçivəsində kənd təsərrüfatında investisiya əməkdaşlığına dair forum keçiriləcək. Bundan başqa bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

QR XİN-in məlumatına görə, bu gün həmçinin, ABŞ Mərkəzi Komandanlığının başçısı Con Abizaid də Qazaxıstana gəlib. O, Qazaxıstanın müdafiə naziri Muxtar Altınbayev və digər rəsmi şəxslərlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti