...

Türkmənistan paytaxtında BMT-nin himayəsi altında dəyirmi masa keçirilib

Dünya xəbərləri Materials 28 İyul 2006 19:42 (UTC +04:00)

Türkmənistan höküməti və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (BMT İHAKİ) Aşqabadda "Türkmənistan tərəfindən təsdiq edilmiş insan haqları haqqında beynəlxalq sənədlər və BMT-nin müqavilələrə riayət edilməsinə nəzarət edən təsisatlar sistemi" mövzusunda dəyirmi masanın iclasını keçirib.

Görüşə Məclisin (parlament), Milli demokratiya və insan haqları institutunun, hüquq-mühafizə qurumlarının, nazirlik və idarələrin, ölkənin ictimai təşkilatlarının nümayəndələri dəvət olunub. Əsas müzakirəsi mövzusu bu ilin may ayında başlanmış Türkmənistan və BMT İHAKİ-nin humanitar ölçü sahəsində əməkdaşlıq layihəsinin ("Türkmənistan hökümətinin məruzələrin tərtibi sahəsində potensialın artırılması") reallaşmasının gedişi olub. Başlamanın məqsədi- Türkmənistanın təsdiq etdiyi insan haqları sahəsində beynəlxalq müqavilələrin reallaşması üzrə milli məruzələrin hazırlanmasında və onların BMT-nin müqavilələrin icrasına nəzarət edən qurumlarına təqdim edilməsi sahəsində yardımın göstərilməsindən ibarətdir.

Trend in xəbər verdiyi kimi, iclasda BMT-nin Türkmənistandakı daimi koordinatoru Riçard Yanq qeyd edib ki, yeni layihənin reallaşması hesabat materiallarının hazırlanmasını təkmilləşdirməyə imkan verəcək və insan ölçüsü kimi mühüm sahədə uğurlu qarşılıqlı fəaliyyəti təmin edəcək. Cənab Yanqın sözlərinə görə, BMT-nin sas sənədlərini təsdiq edərək, Türkmənistan yaranmış tərəfdaşlığın güclənməsinin tərəfdaır olduğunu nümayiş etdirir.

Dəyirmi masa iştirakçıları xüsusi olaraq diqqət veriblər ki, Türkmənistanın müstəqilliyinin ilk günündən insan cəmiyyətin yüksək sərvəti elan olunub, onun hüquq və azadlıqlarının qorunması məsələlərinə diqqət verilib.

Türkmənistan tərəfindən təsdiq edilmiş insan haqları üzrə beynəlxalq sənədlər arasında - İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiya, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiya, İnsan haqları haqqında konvensiya var.

Xəbər lenti

Xəbər lenti