...

Gürcüstan xarici işlər naziri Metyu Brayza ilə münaqişələrin nizamlanmasını müzakirə edib

Dünya xəbərləri Materials 31 İyul 2006 16:49 (UTC +04:00)

Xarici işlər naziri Gela Bejuaşvili bazar ertəsi ABŞ dövlət katibinin müşavirinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Metyu Brayza ilə görüşüb.

Nazirlikdən "Praym-Nyus"a verilən məlumata əsasən, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, münaqişələrin nizamlanması prosesini və Gürcüstanın Avroatlanktik qurumlara inteqrasiyasının perspektivlərini müzakirə edib.

Trend agentliyinin məlumatına əsasən, görüş zamanı dövlət sərhədinin mühafizəsi və qarşıdakı bələdiyyə seçkiləri, qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi və Avropa Birliyi ilə əməkdaşlığı müzakirə predmeti olub.

Tərəflər Kodor dərəsindəki son hadislərdən də bəhs edib.

M.Brayza dərədə keçirilən polis əməliyatının müvəfəqqiyyətliyi və səmərəlini qeyd edib.

Gürücstan XİN ötən həftənin çərşənbə axşamından Kodor dərəsində bu regionda səlahiyyət sahibi olan və Gürcüstan hökumətinə tabe olmayan Emzar Kvitsianiyə qarşı xüsusi əməliyyat həyata keçirib.

Xüsusi əməliyyat zamanı E. Kvitsianin bir neçə tərəfdarı tutulub və böyük həcmdə silah müsadirə olunub.

Xəbər lenti

Xəbər lenti