...

Kofi Annan İraqa yardım göstərilməsi üzrə BMT missiyasının mandatının uzadılmasını tövsiyə edib

Dünya xəbərləri Materials 4 Avqust 2006 11:27 (UTC +04:00)

Avqustun 4-də BMT-nin baş katibi Kofi Annan İraqa yardım göstərilməsi üzrə təşkilatın missiyasının mandatının 12 ay müddətinə uzadılmasını tövsiyə edib. Təhlükəsizlik Şurasının verdiyi mandatın müddəti avqustun 11-də başa çatır.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, K.Annanın missiyanın illik fəaliyyətinə dair TŞ-yə göndərdiyi hesabatda deyilir ki, təhlükəsizlik məsələləri ilə bağlı mövcud narahatlıq şəraitində BMT-nin İraqdakı missiyası böyüyür və Bağdadın hüdudlarından kənara çıxır. O, İraq konstitusiyasının layihəsinin hazırlanmasında, seçkili hökumətin yaradılmasında və ölkənin bərpasında kömək göstərilməsində, məhkəmə və qanunvericilik sistemlərində islahatların aparılmasında, əhalinin siyahıya alınmasında və insan hüquqlarının qorunmasında təşkilatın rolunu xatırladıb.

Bu sahələrdə müəyyən irəliləyişlərə baxmayaraq, İraq "siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə böyük çağırışlarla üzləşir" və əvvəlki kimi beynəlxalq yardıma ehtiyac duyur.

Xəbər lenti

Xəbər lenti