...

Rusiyanın müdafiə naziri bəyan edib ki, ordudakı cinayətlərin 99%-i gizlədilir

Dünya xəbərləri Materials 4 Avqust 2006 16:49 (UTC +04:00)

2005-ci ildə hərbi hissə və birləşmələrin prokuror yoxlanışı zamanı ordu və donanmada törədilmiş cinayətlərin ümumi sayından 1%-dən az cinayət aşkar edilib. Bu barədə cümə günü Baş hərbi prokurorluğun kollegiyasının geniş iclasında baş nazir müavini, müdafiə naziri Sergey İvanov xəbər verib. "Qalan 99% qanun pozuntusu komandir və rəislər, eləcə də hərbi idarəetmə orqanları tərəfindən gizlədilib", - deyə İvanov qeyd edib.

Trend in xəbər verdiyi kimi, "əslində cinayətlərin 100%-ni biz özümüz aşkar etməliyik, biz məhz bu göstəriciyə can atırıq". Müdafiə naziri qeyd edib ki, Rusiya ordu və donanmasında cinayətlər, əvvəlki kimi, yenə də gizlədilir. Buna baxmayaraq, İvanov qeyd edib ki, komandirlərin fəaliyyətinin və ya fəaliyyətsizliyinin nəticəsi olmayan, tabeçiliyində olan şəxslər tərəfindən törədilmiş cinayətlərə görə komandirlərin cəzalandırılması təcrübəsinin aradan qaldırılması sayəsində ordu və donanmada cinayətlərin 100% -ə yaxın səviyyədə açılmasına nail olunub. "Əgər komandir qanun pozuntusunun olduğu barədə məlumat verirsə, və bu, onun komandir fəaliyyəti və ya fəaliyyətsizliyinin nəticəsi deyilsə, o zaman o cəzalandırılmır. Lakin bu cinayətin ona aid olub-olmamasından asılı olmayaraq, komandir bu cinayət barədə məlumat vermirsə, o cəzalanacaq", - deyə İvanov izahat verib.

Xəbər lenti

Xəbər lenti