Ukraynanın baş naziri Viktor Yanukoviç gecə ölkənin yeni tərkibli hökumətinin ilk iclasını keçirib. O, Nazirlər Kabineti üzvlərini parlament və prezidentlə səmərəli əməkdaşlığa çağırıb.
Bu gün hökumətin mətbuat xidmətindən İTAR-TASS agentliyinin müxbirinə verilən məlumata görə, yaxın vaxtlarda kabinet əsasında 2007-ci il büdcəsinin hazırlanacağı fəaliyyət proqramı üzərində işə başlayacaq.
Baş nazir Ali Rada ilə əlaqələr naziri İvan Tkalenkoya hökumət və parlamentin fəaliyyətinin əlaqələndirilməsi mexanizmini, ədliyyə naziri Roman Zvariçə prezidentin aktlarının qəbul mexanizmini işləyib hazırlamaqla, baş nazirin müavini Vladimir Rıbaka isə Nazirlər Kabinetinin regionlarla əməkdaşlıq modelini təqdim etməklə bağlı tapşırıqlar verib. V.Yanukoviç nazirlərin diqqətinə çatdırıb ki, rəhbərltk etdikləri idarələrdə kadr seçimi işçilərin peşəkarlığı əsasında həyata keçirilməlidir.
Bundan başqa, hökumət başçısı vergi, inzibati və yerli özünüidarəetmə istahatlarının uyğunlaşdırılmasının vacibliyini də qeyd edib.