...

İran qazının Avropaya ixracı layihəsi Türkiyə şəbəkəsinin yüklənməsini sutkada 5 mln m3 artırmağa imkan verəcək

Dünya xəbərləri Materials 21 Avqust 2006 12:02 (UTC +04:00)

İranın neft naziri Kazım Vəziri Hamanehin Türkiyəyə səfəri zamanı hər iki ölkə arasında İran təbii qazının Avropaya ixracı üzrə birgə layihənin gerçəkləşdirilməsi barədə razılıq əldə olunub. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, bu məqsədlə İranın qaz kəməri şəbəkəsinin qabiliyyətini Türkiyə şəbəkəsi səviyyəsinədək artırılması nəzərdə tutulub. Bu, Türkiyə şəbəkəsinin yüklənməsini əlavə olaraq sutkada 5 mln m3 artırmağa imkan verəcək.

Tərəflər həm də sutkada 90 mln qazın nəqli üçün nəzərdə tutulmuş "Nabuko" layihəsinin imkanlarından istifadə etməyi planlaşdırır. Göstərilən istiqamət üzrə nəql olunan İran qazının 30%-dən 50%-dək təşkil edə biləcəyi ehtimal olunur.

O da qeyd olunur ki, Türkiyə və İran müştərək NEZ-in inşası imkanlarını nəzərdən keçirir. Bununla belə, tərəflər İrandan Türkiyəyə əlavə yeni qaz kəməri xəttinin çəkilməsi ilə bağlı razılaşma əldə edə bilməyib.

Xəbər lenti

Xəbər lenti