...

Rusiyaya məxsus hərbi texnikadan ibarət növbəti eşelon Gürcüstanı tərk edib

Dünya xəbərləri Materials 22 Avqust 2006 16:44 (UTC +04:00)

Rusiyanın Axalkalakidəki hərbi bazasına məxsus hərbi texnikadan ibarət növbəti, 15-ci eşelon Gürcüstanı tərk edib. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Trend in gazeta.ru-ya istinadən xəbər verdiyi kimi, eşelon Azərbaycan ərazisi ilə Rusiyaya yola düşüb. Eşelon 11vaqondan ibarətdir. Daşınan texnikanın siyahısında bir T-72 tankı, 5 BTR-70, o cümlədən 70 ton 122-millimetrlik və 92 ton 152-millimetrlik reaktiv güllə var. 16-cı eşelon Gürcüstan ərazisini avqustun 29-da tərk edəcək.

Rusiya hərbi texnikası Gürcüstandan hər iki ölkənin müdafiə nazirlikləri arasında 31 mart 2006-cı il tarixində bağlanmış saziş əsasında çıxarılır. Baza, texnika və hərbi qulluqçuların çıxarılması 2008-ci ilin sonlarında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti