...

Gürcüstan XİN Rusiya diplomatının bəyanatını şərh edib

Dünya xəbərləri Materials 31 Avqust 2006 14:51 (UTC +04:00)

Gürcüstan DİN Abxaziya, Cənubi Osetiya və Kosovo arasında oxşarlığa etirazını bildirib. Trend in Tbilisidəki xüsusi müxbirinin xəbər verdiyi kimi, bu bəyanatı Rusiyanın xarici işlər nazirinin müavini Vladimir Titovun Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə Kosovo amilinin təsiri ilə bağlı söylədiklərini şərh edərkən Gürcüstan xarici siyasət idarəsinin mətbuat departamenti yayıb.

"Hələ avuqstun 23-də nazirlik öz dəqiq mövqeyini bildirmişdi. Bu mövqeyi bizim bütün tərəfdaşlarımız bölüşür", - deyə Gürcüstan XİN-nin şərhində qeyd edilib.

Sənəddə həmçinin bildirilib ki, Kosovo və Abxaziya arasında analogiya tamamilə əsassız və ədəbsizlikdir. "Kosovoda yerli alban sakinlərinə qarşı soyqırım, Abxaziyada isə gürcü əhalisinin etnik təmizlənməsi həyata keçirilib", - deyə şərhdə qeyd edilib.

Nazirlikdə hesab edirlər ki, Kosovodakı vəziyyəti Abxaziya və Cənubi Osetiya münaqişələri ilə eyniləşdirmək "ikili standartın klassik nümunəsi"dir.

Rusiyanın xarici işlər nazirinin müavini Titov Rusiya XİN-nin saytında bu günlərdə dərc olunmuş müsahibəsində qeyd edib ki, Rusiya Kosovo probleminin və digər regionlardakı oxşar vəziyyətlərin həllinə eyni yanaşmanın tətbiqi lehinə çıxış edir.

Xəbər lenti

Xəbər lenti