...

İranda yerli istehsal olan ilk qırıcı təyyarə istifadəyə verilib

Dünya xəbərləri Materials 6 Sentyabr 2006 18:11 (UTC +04:00)
İranda yerli istehsal olan ilk qırıcı təyyarə istifadəyə verilib

İran Hava Qüvvələri tərəfindən İran istehsalı olan "Sanqe" qırıcısı istifadəyə verilib.
Sentyabrın 6-da ölkənin şimali-qərbində həyata keçirilən "Zərbəti Zülfüqar" hərbi manevrləri zamanı bu təyyarələr sınaqdan uğurla keçib. Bu barədə Tehrandakı xüsusi müxbirimiz məlumat verib.

İran ordusu rəhbərliyinin məlumatına əsasən, xaricən "F-18"-ə bənzəyən "Sanqe" bu təyyarələri üstələyir.

Bu təyyarələrin istehsalında xarici yardımdan istifadə olunmayıb.

Qeyd edək ki, 1979-cü il islam inqilabına qədər İran ordusu Amerika istehsalı olan silahla təchiz olunurdu. ABŞ-ın İrana qarşı sanksiyalarından sonra isə bu ölkədən silah idxalı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti