...

Bağdadın mərkəzində yeni partlayış baş verib

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 13:06 (UTC +04:00)

İraqın paytaxtı Bağdadın mərkəzində baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb.

"Əl-Cəzirə" peyk telekanalının polis mənbələrinə istinadən verdiyi xəbərə görə, partlayış sentyabrın 13-də səhər İraq milli stadionu yaxınlığında baş verib.

RİA "Novosti"nin xəbər verdiyi kimi, hadisə barədə ətraflı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti