...

Windows və Office-in mühafizəsində ciddi nöqsan aşkar edilib

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 13:09 (UTC +04:00)

Microsoft Corp. şirkəti çərşənbə axşamı Windows və Office-in proqram təminatının mühafizəsində nöqsanların aradan qaldırılması üçün üç xüsusi proqram (patçi) buraxıb.

Trend xəbər verdiyi kimi, Microsoft xəbərdarlıq edib ki, Microsoft Publisher-də aşkar edilmiş nöqsanlardan biri "qorxuludur", çünki xakerlərin kompüterə nəzarəti ələ keçirməsinə imkan yarada bilər. Windows-da aşkar edilmiş iki nöqsan "əhəmiyyətli" və "orta" nöqsan kimi qiymətləndirilib.

Patçi şirkətin ww.microsoft.com/security saytından yüklənə bilər.

Windows əməliyyat sistemi dünyadakı bütün fərdi kompüterlərin 90%-də quraşdırılıb. Bu barədə Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti