...

Abdulla Gül: Türkiyə AB-yə üzv olmağa hələ hazır deyil

Dünya xəbərləri Materials 15 Sentyabr 2006 19:15 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Abdulla Gül sentyabrın 14-də Fransada Beynəlxalq Münasibətlər İnstitutunda Türkiyə və Avropa Birliyi arasında qarşılıqlı əlaqələrə həsr olunmuş məruzə ilə çıxış edib. O, çıxışı zamanı Türkiyənin üzvlüyündən AB-nin qazana biləcəyi üstünlükləri göstərməyə çalışıb. "TürkiyəAB-yə üzv olmağa hələ hazır deyil. Ancaq ölkənin həyata keçirdiyi islahatlardan sonra vəziyyət dəyişəcək", - deyə XİN başçısı vurğulayıb. Bu barədə Trend REGNUM-a istinadən xəbər verir.

Ölkədə xristianların vəziyyəti ilə bağlı suala cavab verən A.Gül bəyan edib: "Əlbəttə, Türkiyədə xristianlar da var və dözümlülük yürütdüyümüz siyasətin bir hissəsini təşkil edir". "Kilsələr açılır və bərpa olunur. Məsələn, biz Vanda Axtamar Surb Xaç kilsəsini bərpa edirik. Bu barədə mən dünən Patriarx Mesropla danışmışam", - deyə nazir bildirib. Qeyd edək ki, erməni patriarxı Konstantinopol arxiyepiskopu Mesrop Mutafyan da AB-nin toplantısında iştirak etmək üçün Parisə gəlib. Qeyd edək ki, toplantı dözümlülük və mədəni əməkdaşlıq məsələlərinə həsr olunub. Bu barədə "Azadlıq" radiostansiyası xəbər verir.

Xəbər lenti

Xəbər lenti