...

Tbilisidə saxlanılmış dörd rus zabiti casusluqda ittiham olunur

Dünya xəbərləri Materials 29 Sentyabr 2006 13:57 (UTC +04:00)

Tbilisidə saxlanılmış dörd rus zabiti casusluqda ittiham olunurlar. Bu barədə Gürcüstan DİN-dən məlumat verilib. Nazirlik həmçinin müqavilə üzrə xidmətdə olan starşina Ruslan Skrılnikovun azad olunması haqqında məlumatı da rəsmi şəkildə təsdiq edib. Bu barədə "Mayak" radiostansiyası xəbər verir.

Xatırladaq ki, 27 sentyabr 2006-cı ildə Tbilisidə beş rusiyalı hərbi qulluqçu saxlanılıb: BRİ polkovniki Aleksandr Savva, podpolkovnik Dmitri Kazantsev, podpolkovnik Dmitrik Zaqorodnı, mayor Aleksandr Baranov, həmçinin Batumidə saxlanılmış starşina Ruslan Skrılnikov. Onlar casusluqda ittiham olunurlar və Gürcüstan DİN əks-kəşfiyyat departamentinin istintaq təcridxanasında saxlanılırlar.

Trend RBK-ya istinadən xəbər verir ki, Gürcüstan DİN başçısı Vano Merabişvilinin sözlərinə görə, saxlanılmış zabitlər Gürcüstan ərazisində fəaliyyət göstəriblər, onlara 1 fevral 2005-ci il Qoridəki terror aktının təşkilatçısı Anatoliy Sinitsın başçılıq edib. Qrup beş nəfərdən ibarət olub və onlar bir neçə il ərzində ölkə ərazisində kəşfiyyat işləri həyata keçiriblər.

Xəbər lenti

Xəbər lenti