Türkiyənin Konstitusiya Məhkəməsi "Səadət" partiyasının lideri Rəcai Kutan tərəfindən mövcud qaydaların pozulması ilə bağlı məsələni nəzərdən keçirir.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, pozuntu kimi partiya rəhbərliyinin KİV-ə xərcləri ilə bağlı 2003-cü ilə aid aşkar olunmuş maliyyə sənədi göstərilir.
Bu sənəd şəxsən partiyanın lideri Rəcai Kutanın adına rəsmiləşdirilib. Yerli icmalçıların məlumatına görə, "Səadət" partiyası müxalifətyönlüdür və əsasən, dini liderlərinin vaxtilə Türkiyədə tanınmış siyasətçi Nəcməddin Ərbakanın olduğu, ölkənin dindar əhalisinin maraqlarını əks etdirir.