...

Tehran və Moskva İranın nüvə proqramını müzakirə edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2006 15:34 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, İranın Moskvadakı səfiri Qolam-Reza Ənsari və Rusiyanın xarici işlər nazirinin müavini Sergey Kislyak İranın nüvə problemini müzakirə edib.

İRNA müxbirinin Rusiyanın Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinə istinadən xəbər verdiyi kimi, yüksək vəzifəli rusiyalı diplomat İran səfirini onun xahişi ilə dəvət edib. "Söhbət zamanı tərəflər İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edib, o cümlədən bir sıra beynəlxalq problemlərə dair fikir mübadiləsi aparıb", - deyə Rusiya XİN-dən qeyd olunub.

Rusiya İranın nüvə proqramının yalnız siyasi-diplomatik vasitələrlə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) iştirakı ilə həllinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti