...

ABŞ dövlət katibi Koreya yarımadasında vəziyyəti müzakirə etmək üçün Yaponiya, Çin və Cənubi Koreyaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2006 11:12 (UTC +04:00)

Gələn həftə ABŞ dövlət katibi Kondoliza Raysın Yaponiya, Çin və Cənubi Koreyaya səfər edəcəyi gözlənilir. Səfərdə məqsəd həmin ölkələrin rəhbərləri ilə Koreya yarımadasında vəziyyəti müzakirə etməkdən ibarətdir.

Belə bir səfərin həyata keçirilməsi zərurəti KXDR-in 9 oktyabr 2006-cı ildə nyvə sınaqları aparması ilə bağlı verdiyi bəyanatdan yaranıb.

(S) Associated Press xəbər verir ki, hazırda tərəflər təşkilati məsələləri həll edir. Xüsusilə, K.Raysın regiona səfər tarixi dəqiqləşdirilir.

Yaponiya hökumətindəki mənbələrin məlumatına görə, ABŞ dövlət katibi Yaponiyaya 17 oktyabr 2006-cı ildə gələcək. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti