Türkiyənin Siqaret çəkməklə mübarizə üzrə Cəmiyyətin sədri Übeyda Korbeyin məlumatına görə, Türkiyə Maliyyə Nazirliyi tütün məmulatlarının qiymətini qaldırmağa hazırlaşır.
Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, qiymətlərin 20% qalxacağı gözlənilir, bu isə Türkiyədəki qiymətləri Avropa ölkələrində qəbul olunmuş qiymətlərə uyğunlaşdıracaq.