Ukraynanın Avroatlantika institutları ilə münasibəti məsələsi ABŞ dövlət katibi Kandoliza Raysla Ukraynanın baş naziri Viktor Yanukoviçin Vaşinqtona baş tutacaq görüşündə diqqət mərkəzində olacaq. Bu barədə ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Tom Keysi cümə günü jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
İTAR-TASS-a istinadən Trend in verdiyi xəbərə görə, Viktor Yanukoviçin ABŞ-a dekabrın 3-də gələcəyi gözlənilir. Dördgünlük səfər zamanı Ukraynanın hökumət başçısı vitse-prezident Dik Çeyni ilə də görüşəcək.