...

Baş nazir: "Gürcüstan qışda qazsız qalmayacaq"

Dünya xəbərləri Materials 13 Dekabr 2006 11:44 (UTC +04:00)

Baş nazir Zurab Noqaideli bəyan edib ki, Gürcüstan qışda qazsız qalmayacaq.

ABŞ-da işgüzar səfərdə olan Zurab Noqaidelinin dediyinə görə, "Gürcüstan qışda qazsız qala bilməz". Trend in Praym Nyusa istinadən verdiyi xəbərə deyilir ki, onun sözlərinə görə,"alternativ mənbələrdən qaz əldə olunmasının müxtəlif variantları nəzərdən keçirilir".

"Biz artıq Azərbaycan və Tğürkiyə ilə danışıqları başa çatdırmışıq. Və gələcəkdə lazım gəlsə biz İranla da danışıqları davam etdirəcəyik"- Zurab Noqaideli söyləyib.

Gürcüstanın baş naziri Zurab Noqaidelinin ABŞ-a səfəri dekabrın 4-dən başlayıb. Səfər çərçivəsində ABŞ-ın dövlət katibi Kandoliza Rayzla, milli tiəhlükəsizlik məsələləri üzrə prezident köməkçisi Stefan Nadli ilə, senatorlarla, Beynəlxalq Valyuta Fondunda (BVF), Dünya Bankında (DB), həmçinin BMT-də və Beynəlxalq Ticarət Təşkilatında (BTT) görüşləri planlaşdırılıb. Dekabrın 14-dək davam edəcək görüşün gedişində RF və BTT-yə münasibətdə rəsmi Tiflisin mövqeyi, Gürcüstandakı münaqişənin nizamlanması, təbii qazın alınması və həmçinin İrandan qaz ixrac etmək məsələləri geniş müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti