Qazıxıstan hökumətin istifaya getməsi səbəbini açıqlayıb. Qazaxıstan hökuməti başçısının mətbuat katibi Sergey Kuyanovun Trend in Astandakı müxbirinə bildirdiyinə görə, baş nazir Danial Axmetov özü Nursultan Nazarbayevin adına istefa barədə ərizə yazıb.
Mətbuat katibi bildirib: "Səbəb çox adidir: insan yorulub. Onun baş nazirliik müddəti - üç il oldu. Onun sələflərindən heç kəs üç il bu vəzifədə çalışmayıb. Bu az deyil".
Qanunvericiliyə uyğun olaraq dövlət başçısı parlamentin razılığı ilə yeni baş nazir təyin edir və artıq məlumdur ki, parlament palatalırın birgə iclası yanvarın 10-na təiyn edilib.
Hökumətin mətbuat xidmətindən bildiriblər ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş nazirin istefasını qəbul edib.
52 yaşlı D.Axmetov hökumətə 2003-cü ilin yayından başçılıq edir. Müxtəlif illərdə Pavlodar və Şmali Qazaxıstan vilayətlərinin akimi (administarsiya rəhbəri) olub.
Bəzi məlumatlara görə, Qazaxıstanın baş nazir postuna Kərim Məsimovun namizədliyi irəli sürülüb. 41 yaşlı K.Məsimov baş nazirin müavini vəzifəsini tuturmuş və iqtisadiyyatın inkişaf etdirilməsində strateji istiqamətlərin hazırlanmasına məsul imiş.
K.Məsimov əvvəllər müxtəlif illərdə respublikanın kommersiya xalq bankına başçılıq edib, dövlət başçısının köməkçisi, nəqliyyat və kommunikasiya naziri, iqtisadiyyat və büdcə planlaşdırıldması üzrə nazir müavini və nazir olub.