...

Corc Buş İraqa əlavə qoşunlar göndərməyə qərarlı olduğunu təsdiq edib

Dünya xəbərləri Materials 13 Yanvar 2007 13:09 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş Konqresin planın həyata keçirilməsinə mane olmaq cəhdlərinə məhəl qoymayaraq, İraqa əlavə olaraq 21 mindən çox hərbi qulluqçu göndərməyə qərarlı olduğunu yenə də təsdiq edib.

ABŞ-da Demokrat və Respublika partiyasının nüfuzlu nümayəndələri bu planı tənqid ediblər. Bu barədə Trend Svobodanews saytına istinadən xəbər verir.

Respublikaçı -senator Çak Heygel bəyan edib ki, Buş Vyetnamdakı müharibədən sonra xarici siyasətdə ən təhlükəli səhvlərindən birini etmək riski edir.

Demokrat -senator Cozef Bayden Buşun planını "faciəvi səhv" adlandırıb.

Xəbər lenti

Xəbər lenti