...

Qırğızıstan prezidenti F. Kulovun ölkənin baş nazirliyinə namizədliyini təkrar parlamentə təklif edib

Dünya xəbərləri Materials 19 Yanvar 2007 17:38 (UTC +04:00)

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev 2006-cı il 30 dekabr tarixli "Qırğızıstan Konstitusiyasına yeni redaktələr barədə" qanuna uyğun olaraq Feliks Kulovun Baş nazirliyə namizədliyini təkrar parlamentə təqdim edib. Bu barədə Qırğızıstan başçısının mətbuat xidməti məlumat verir.

Xatırladaq ki, ölkə parlamenti F Kulovun baş nazirliyə namizədliyini rədd edib. Onu 38 deputat əvəzinə cəmi 23 deputat dəstəkləyib. Bununla belə, F. Kulov təkrar səsvermədə lazımi səsi yığacağından əminliyini ifadə edib. Bu barədə Trend RBK-a istinadən xəbər verib.

Qırğızıstan Konstitusiyasına müvafiq olaraq respublika prezidenti ölkə rəhbərliyi postuna üç dəfə namizəd təqdim edə bilər. Üç qat rədd olunmadan sonra prezidentin parlamenti buraxmağa və yeni seçkilər elan etmək hüququ var.

F.Kulov Qırğızıstan rəhbərliyi vəzifəsində 2005-ci ilin sentyabrından işləyib və 2006-cı ilin 19 dekabrında istefaya çıxıb.

Xəbər lenti

Xəbər lenti