...

Gürcüstanın Fond Birjasında satıcılar alıcılardan çoxdur

Dünya xəbərləri Materials 22 Yanvar 2007 11:21 (UTC +04:00)

Keçən həftə Gürcüstanın Fond Birjasında (GFB) 9 səhmdar cəmiyyətin səhmləri və istriqazları üzrə 126 razılaşma həyata keçirilib. Trend in müxbirinə Tbilisidə bildiriblər ki, mücmu dövriyyə 938 871.47 lari təşkil edib, 44 831 səhm satılıb.

Əvvəlki kimi yenə heç bir SC-də hər hansı böyük razılaşma və korporativ dəyişiklik qeydə alınmayıb. "Gürcüstan Birləşmiş Telekommunikasiya Şəbəkəsi" SC-nin səhmlərinin dəyərinin düşməsi qeyd edilə bilər, birjada qiyməti 0.61 lariyə qədər düşüb. Bütün həftəlik dövriyyə 1205 səhm təşkil edib, yəni bir paket sahibi səhm sata bilib (özəlləşmə zamanı əməkdaşlara 1150 səhm verilib). Qeyd etmək lazımdır ki, bazarda səhmləri satmaq istəyənlərin sayı artır, almaq istəyən isə yoxdur.

Xəbər lenti

Xəbər lenti