...

Qarın yağması Ukraynada təxminən 300 yaşayış məntəqəsini işıqsız qoyub

Dünya xəbərləri Materials 30 Yanvar 2007 15:57 (UTC +04:00)

Qarın yağması yanvarın 30-na keçən gecə Ukraynanın 20 vilayətində təxminən 300 yaşayış məntəqəsini işıqsız qoyub. Qar fırtınası və saniyədə 20 metr sürətlə əsən güclü külək səbəbindən elektrik ötürücü xətlərin müdafiə avtomatikası işə düşüb. Bu barədə bu gün İTAR-TASS-ın müxbirinə Ukrayna FHN-nin mətbuat xidmətindən məlumat verilib. Ən çox Odessa, Luqansk, İvano-Frankovsk, Nikolayevskaya, Vinnitskaya, Zakarpatskaya, Lvov vilayətləri ziyan görüb. Saniyədə 40 metr sürətlə əsən külək Krım dağlarında qeydə alınıb.

Sinoptiklərin proqnozlarına əsasən, fevralın əvvəlinədək Ukraynada hava pis olacaq - güclü qar, boran, qar yığınları, saniyədə 20 metrə qədər və daha çox sürətlə əsən külək müşahidə olunacaq. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti