...

Türkiyədə avtomobil çaya düşüb, nəticədə 1 nəfər həlak olub, daha 15 nəfər itkin hesab olunur

Dünya xəbərləri Materials 7 Fevral 2007 15:42 (UTC +04:00)

Türkiyənin şərqində təxminən 40 nəfərin olduğu yük maşını çaya düşüb, nəticədə bir nəfər həlak olub, daha 15 nəfər itkin hesab olunur. Avtomobildə işə gedən insanlar olub, onların əksəriyyəti qadındır.

Hadisə ölkənin şərqində Şanlıurfa şəhəri yaxınlığında baş verib. Hadisənin başqa təfərrüatları haqqında məlumat verilmir.

Hər il Türkiyədə müxtəlif yol-nəqliyyat hadisələri nəticəsində minlərlə insan həlak olur. Hazırda ölkə hökuməti yollarda təhlükəsizliyin təmin olunması üçün bir sıra tədbirlər görür. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti