...

Gürcü publisisti "Amerikanın Səsi" radiosunda gürcücə yayımın davam etdirilməsi üçün fəal surətdə fəaliyyətə başlayıb

Dünya xəbərləri Materials 3 Mart 2007 13:22 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kircxalia/ Hüquq müdafiə məsələləri ilə məşğul olan gürcü yazıçısı və publisisti İrakli Kakabidze ABŞ-da "Amerikanın Səsi" radiosunda gürcü dilində yayımın davam etdirilməsi üçün fəal surətdə fəaliyyətə başlayıb. "İmedi" teleşirkətindəki canlı yayım zamanı İraklii Kakabidze bir çox Amerika vətəndaşının da gürcü dilində yayımın davam etdirilməsinə tərəfdar çıxdığını bildirib.

İlin əvvəlində ABŞ-ın Beynəlxalq Yayım Şurası 2008-ci maliyyə ilində (ABŞ-da 2008-ci maliyyə ili 2007 ci ilin oktyabar ayının1-dən etibarən başlayır) "Amerikanın Səsi" radiosuna gürcü və özbək dillərində yayımı dayandırmağı, ukrayınca yayımları isə ixtisar etməyi tövsiyə edib.

"Amerika hökuməti Gürcüstanda hələ də təhlükə altında olan söz azadlığının müdafiəsində tiştirak etməlidir",-deyə İ.Kakbidze bildirib. O, hələ də "202" teleşirkətinin həmtəsisçisi Şalva Ramişvilinin həbsdən azad olunmadığını, bir neç kanalın bağlı olduğunu, jurnalist, publisist, yazıçı və azad düşüncəli insanların manelərlə rastlaşdığını xatırladıb.

Hazırda müvəqqəti olaraq ABŞ-da yaşayan İ.Kakabidzeyə bir müddət öncə "Namizəd Cokola" əsərinə görə Beynəlxalq Xelman Xeyli mükafatı verilib. Mükafatlandırma mərasimi isə məşhur hüquq müdafiə təşkilatı olan "HUMAN RIGTS WATCH"un ofisində baş tutub.

Xəbər lenti

Xəbər lenti