...

Tiflisdə "Gürcüstan NATO-nun Riqa sammitindən sonra" adlı konfrans işə başlayıb

Dünya xəbərləri Materials 10 Mart 2007 13:43 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirçixaliya/ Bu gün Tiflisdə Gürcüstanın Müdafiə Nazirliyi, NATO-nun Gürcüstandakı Informasiya Mərkəzi, Təhlükəsizlik məslələrinin öyrənilməsi Mərkəzi QHT-si tərəfindən təşkil olunan "Gürcüstan NATO-nun Riqa sammitindən sonra" adlı birgünlük konfrans işə başlayıb. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri xəbər verib. Konfrans Gürcüstanın müdafiə nazirinin müavini Batu Kuteliya və bu ərəfədə Gürcüstanada səfərdə olan Latviya Müdafiə Nazirliyinin dövlət katibi Edqar Rinkeviçin çıxışı ilə başlayıb.

Rinkeviçin səfəri zamanı onun Gürcüstanın müdafiə naziri David Kerzaşvili, onun müavini Batu Kuteliya, Avropa və Avroatlantik məkana inteqrasiya məsələləri üzrə dövlət naziri Georqi Baramidze, xarici işlər naziri Gela Bejuaşvili, parlamentin spikeri Nino Burcanadze, QHT təmsilçiləri və siyasətçilərlə görüşü gözlənilir.

Edqar Rinkeviç Gürcüstan prezidentinin məsləhətçiləri Daniel Kunin (ABŞ) və Aleksandr Rondeli, Qudauridə isə parlamentin sağçı deputatları ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti