...

Əfqan qaçaqmalçıları Tacikistana buraxılmayıb

Dünya xəbərləri Materials 15 Mart 2007 11:15 (UTC +04:00)

Tacikistan sərhədçiləri ötən gecə Əfqanıstandan olan silahlı qaçaqmalçılar qrupunun ölkə ərazisinə keçməsinin qarşısını alıb. Bu barədə İTAR-TASS məlumat verib.

Mənbələrin məlumatına əsasən, Pənc zastavalarının birinin sərhəd bölməsi Pəncin Əfqanıstan sahilindən bir neçə sərhəd pozucularını aşkar edərək xəbərdarlıq atəşi açıb. Atışma baş verib. Qaçaqmalçılar özlərinin düzəltliyi bərəni buraxaraq Əfqanıstan ərazisinə keçib. İnsident yerində sərhədçilər ümumi çəkisi 23 kiloqram olan tiryək və heronidən ibarət iki kisə, Kalaşnikov avtomatı, tapança, tüfəng və iki qayıq aşkar edərək müsadirə edib.

Xəbər lenti

Xəbər lenti