...

Gürcüstanda Azərbaycanda olduğu kimi taxılçılıq terminalı tikiləcək

Dünya xəbərləri Materials 3 Aprel 2007 15:32 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirtsxalia/ Qazaxıstan investorları Potidə taxılın saxlanılması üçün terminal tikməyi planlaşdırırlar. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, o, gücünə görə qazaxıstanlıların Azərbaycanda tikdikləri terminal kimi olacaq.

Nəqliyyyat və kommunikasiya naziri Serik Axmatov jurnalistlərə bildirib ki, söhbət ildə 600-700 min ton buğda yükboşaltma terminalından gedir. Axmatovun sözlərinə görə, Azərbaycanda analoji terminalın açılışı aprelin 4-ə planlaşdırılır. Həmin vaxt Azərbaycanda Gürcüstan, Azərbaycan və Qazaxıstan baş nazirlərinin görüşü olacaq. Qazaxıstan Gürcüstandakı taxıl terminalına 6 milyon dollar xərcləmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti