...

Küveyt hökuməti başçısının Türkiyəyə səfəri başlayır

Dünya xəbərləri Materials 3 Aprel 2007 19:07 (UTC +04:00)

Türkiyə,Ankara /müxbir. Trend Ə.Ələsgərov/. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğanın dəvətiylə Küveyt hökuməti başçısı Nasır Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabahanın Türkiyəyə rəsmi səfəri başlayır.

Səfər proqramına əsasən, ali qonağın baş nazir Ərdoğan, prezident Əhməd Necdət Sezər və Türkiyə Böyük Millət Məclisinin sədri B.Arıncla görüşü planlaşdırılıb.

İkitərəfli danışıqlar gedişində regional və dövlətlərarası problemlərin müzakirəsi də nəzərdə tutulub. Bu ilin aprel ayının 4-də Ankarada rəsmi səfərini başa vurduqdan sonra qonaq İstanbula yollanacaq. Burada isə Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti