...

Kutaisi-1 dəmir yolu stansiyası xüsusi şəxsə icarəyə verilib

Dünya xəbərləri Materials 25 Aprel 2007 13:26 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/İlk dəfə Gürcüstanın tarixində "Gürcüstan Dəmir Yolu" MMC Kutaisi-1 dəmir yolu stansiyasını xüsusi şəxsə icarəyə verib. MMC-dən verilən məlumata əsasən, dəmir yolu stansiyası 15 il müddətinə Nukri Lomtadzeyə icarəyə verilib.

O, müəssisə tərəfindən keçirilmiş müvafiq tenderin qalibi olub. Lomtadze yeni binanın tikintisi və təmiri üçün 300 min lari həcmində investisiya həyata keçirilməsini təklif edib. Stansiyanın icarəyə verilməsi barədə sazişi qaliblə "Gürcüstanın Dəmir Yolu" MMC-nin baş direktoru İrakli Ezuqbaya imzalayıb.

Tenderin şərtlərinə əsasən, 6 ay müddətində Kutaisidə yeni təchiz olunmuş dəmir yolu stansiyası tikiləcək.

Xəbər lenti

Xəbər lenti